Azərbaycan Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinə yeni səlahiyyətlər verilib.
Mynews.az Trend-ə istinadən xəbər verir ki, bununla bağlı təhsil naziri Mikayıl Cabbarov “Akkreditasiya və Nostrifikasiya İdarəsinin Əsasnaməsinə əlavələrin edilməsi haqqında” əmr imzalayıb.
Əmrə əsasən, “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında” Konvensiyanın IX.2-ci maddəsinə uyğun olaraq, Milli Məlumat Mərkəzi funksiyalarının həyata keçirilməsi Akkreditasiya və Nostrifikasiya İdarəsinə həvalə olunub.
İdarə artıq təhsil haqqında sənədlərin tanınması və ekvivalentliyinin (ixtisasların) müəyyənləşdirilməsi (nostrifikasiya) üçün xarici ölkələrin müvafiq qurumlarına sorğuların hazırlanıb göndərilməsini və təhsil haqqında sənədlərlə (bütün təhsil pillələri üzrə) bağlı daxil olan sorğuların cavablandırılmasını həyata keçirəcək.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub