“Planet” şadlıq sarayının sahibi həbs edildi

Bakıda qanunsuz olaraq ağac kəsməyə görə daha 3 nəfər həbs edilib.
Mynews.az bildirir ki, Baş Prokurorluqdan azxeber.com-a verilən məlumata görə, paytaxtın Nizami rayonu ərazisində "Karvan-K” İstehsalat Kommersiya şirkəti tərəfindən əsaslı tikinti işlərinin aparılması zamanı müxtəlif cinsli (şam, sərv və qarağac) 9 ədəd ağacın məhv edilməsi nəticəsində təbiətə 7.920 manat məbləğində ziyan vurulması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyindən daxil olmuş material Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.
Həyata keçirilmiş təxirəsalınmaz tədbirlər nəticəsində şirkətin direktoru Şirinov Vüqar İbiş oğlu üzərində hər hansı hüquqları olmayan torpaq sahəsindəki yaşıllıqların məhv edilməsi hesabına həmin şirkətin balansında olan "Planet” şadlıq sarayının arxa hissəsində yenidənqurma işləri aparmaqla qabaqcadan əlbir olduğu fərdi əmək fəaliyyəti ilə məşğul olan Bakı şəhər sakinləri Salmanov Vasif Telman oğlu və Əhmədov Sadiq Rza oğluna verdiyi tapşırığa əsasən sonuncuların həmin ərazidə 9 ədəd ağacı qanunsuz olaraq kəsiblər.
Faktla bağlı cinayət işi başlanıb. V.Salmanov və S.Əhmədova Cinayət Məcəlləsinin 259.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxstərəfindən qanunsuz ağac kəsmə küllli miqdarda ziyan vurmaqla törədildikdə), V.Şirinova isə həmin məcəllənin 259.3-cü maddəsi ilə yanaşı, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə ittiham elan olunmaqla barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Cəmiyyət
- Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edildi
- "Qarabağ müharibəsinin iştirakçıları mənzillə təmin olunur" - Anar Kərimov
- İlham Əliyev əfv sərəncamı imzaladı - SİYAHI
- "Trendyol"dan sifarişlərdə nə dəyişib? - Hansı geyimlər Azərbaycana göndərilməyəcək? - VİDEO
- İdman məktəblərində kimlərin məşq keçə biləcəyi açıqlandı
- Taksi qiymətləri niyə bahalaşıb?
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- "Qarabağ müharibəsinin iştirakçıları mənzillə təmin olunur" - Anar Kərimov 987 dəfə oxunub
- Qeyri-sabit, yağıntılı hava şəraiti bu tarixədək davam edəcək 905 dəfə oxunub
- Övladı məktəbə gedən valideynlərin NƏZƏRİNƏ 599 dəfə oxunub
- "WhatsApp"da daha bir özəllik - Səs yazılarını paylaşmaq və dinləmək mümkün olacaq 598 dəfə oxunub
- Məşhur aktrisa əri haqda yayılan xəyanət iddialarına son qoydu 582 dəfə oxunub