Bir sıra yeni tikilən binalarda Mənzil-Tikinti Kooperativləri kommunal ödənişləri qaldırıb. Hətta elə şirkətlər var ki, ödənişi iki dəfəyə qədər artırıb.
Mynews.az Xəzər TV-yə istinadən məlumat verir ki, əvvəl 23 qəpik alınan kommunal xidmət haqqı artıq 40 qəpikdən tələb olunmağa başlanıb. Bu isə vətəndaşların narazılığına səbəb olub.
Sakinlər bildirir ki, MTK onlara qiymət artımının səbəbini də izah etmir. Etirazçıların dediyinə görə, kommunal ödəniş MTK-lara lift, zibil və binanın ümumi təmizliyi üçün edilir. Əgər artım varsa, bunu əsaslandırmaq lazımdır. Üstəlik, ödənişə görə onlara təqdim edilən çeklər də rəsmi sənəd kimi hazırlanmayıb və pul tələb edən adamların heç birinin rəsmi sənədi yoxdur.
1
Ananın qolları olmayan körpəsindən imtina etməsi ilə bağlı - Rəsmi açıqlama
380 dəfə oxunub
2
"Bizim kimi yansınlar, qanımız yerdə qalmayacaq" - Ucalın bacısı
348 dəfə oxunub
3
Bu il 280 min məzuna diplomlar elektron qaydada verilib
346 dəfə oxunub
4
Peşə məktəblərinə elektron tələbə qəbulunun III mərhələsi başlayıb
332 dəfə oxunub
5
Nazir müşaviri: Azərbaycan bölməsində oxuyan şagirdlərin nəticələri daha yüksəkdir
322 dəfə oxunub