Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzi bir sıra dövlət qurumlarının nəqliyyat vasitələrinin hərracını təşkil edir.
Bu barədə Mynews.az Trend-ə istinadən xəbər verir.
Martın 14-də keçirilməsi planlaşdırılan hərraca Daxili İşlər Nazirliyi Maddi-Texniki Təminat Baş İdarəsinə bilavasitə tabe olan Avtomobil Təsərrüfatı “FİAT Doblo” (buraxılış ili - 2008), Ədliyyə Nazirliyi Pentensiar Xidməti VAZ-2121 (1984), VAZ-2107 (1995), QAZ-330720 (2007), QAZ-3309-1372-09-229 (2007), QAZ-330700-1012 (2007), Bakı Şəhər İcra Hakimiyyəti Bakı şəhər Ticarət və Xidmət Departamenti “Honda Civic” (2008), Təhsil Nazirliyi Respublika Texniki Yaradıcılıq Mərkəzi QAZ-31105-120 (2006) markalı avtomobilləri çıxarılacaq.
“FİAT Doblo”nun start qiyməti 3500 manat, VAZ-2121-in 1000 manat, VAZ-2107-nin 1000 manat, QAZ-330720-nin 3000 manat, QAZ-3309-1372-09-229-un 4000 manat, QAZ-330700-1012-nin 4500 manat, “Honda Civic”in 4600 manat, QAZ-31105-120-in 1600 manat təşkil edəcək.
1
Prezident ailəsinin Trampla FOTOLARI
1139 dəfə oxunub
2
Prezident tarixi sənədi imzaladı – VIDEO
1109 dəfə oxunub
3
"Fənərbağça"dan "Qarabağ"ın azərbaycanlı futbolçusu üçün 10 milyonluq TƏKLİF
1053 dəfə oxunub
4
Zəhra Quliyeva və polkovnik Mədət Quliyev ayrıldı
1027 dəfə oxunub
5
“Qarabağ” Liverpula bu tarixdə gedəcək
1008 dəfə oxunub