Bəzi KİV-lər Binəqədi rayon Mühafizə İdarəsinin rəisi, Xaçmaz rayon icra hakimiyyəti baçısı Şəmsəddin Xanbabayevin oğlu Samir Xanbabayevin Nabrdandakı istirahət mərkəzlərindən birində guya hansısa yüksək vəzifəli məmurun oğlu ilə mübahisə zamanı güllələndiyi haqda xəbər yayıblar.
Mynews.az xəbər verir ki, Azərbaycan Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən virtualaz.org-a bildiriblər ki, bu məlumat tamamilə uydurmadır. "Biz bu informasiyanı qəti təkzib edirik. Samir Xanbabayev hazırda Bakıda, iş yerindədir" - mətbuat xidməti bildirib.
Həmin xəbərdə iddia olunurdu ki, insidentdə yaralanan polis rəisi Qusar rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Lakin xəstəxanadan saytımıza bildiriblər ki, onlara bu adda xəstə daxil olmayıb.
Bu arada yaralandığı haqda şayiə yayılan polis rəisinin özü də redaksiyamıza zəng vurub, hazırda Bakıda, işinin başında olduğunu deyib. "Mən anlamıram ki, bu dezinformasiyanı kim və hansı məqsədlə yayıb. Mən bu günlərdə ümumiyyətlə Bakı şəhərini tərk etməmişəm, iş yerimdəyəm. Bu, açıq-aşkar təxribatdır" - polkovnik-leytenant Samir Xanbabayev kifayət qədər gümrah səslə bildirib.
1
Bakıda iş saatları dəyişə bilər: Tıxac probleminə yeni həll
435 dəfə oxunub
2
Göygöldə 2 uşaq göldə boğularaq ölüb
427 dəfə oxunub
3
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
226 dəfə oxunub
4
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
218 dəfə oxunub
5
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
214 dəfə oxunub