Dövlət yol polisi inzibati xəta törətdiyi üçün cərimə olunan sürücülərə qarşı kütləvi reydlərə başlayıb.
Mynews.az ARB TV-yə istinadla xəbər verir ki, Şəkidə qanuna laqeyd yanaşan bəzi sürücülərin avtomobilləri cərimə meydançasına aparılıb, bəzi sükan sahiblərinə qarşı isə protokol tərtib edilib.
Rayonun müxtəlif ərazilərində keçirilən reyd zamanı 100-ə yaxın avtomobil saxlanılıb. Polisin məlumatına əsasən, reyd cərimənin ödənilməsini 3 aydan çox gecikdirən sürücülərə qarşıdır.
Reyd zamanı 10 sürücünün avtomobili cərimə meydançasına aparılıb. Təxminən 10-a yaxın sürücüyə qarşı inzibati xətalar məcəlləsinin müvafiq bəndinə uyğun protokol tərtib edilib. Reyd zamanı hətta iş başında olan digər polis əməkdaşları belə saxlanılaraq onlara xəbardarlıq edilib.
Həmçinin Şəki DYPB-nin əməkdaşları avqust ayında keçiriləcək təhlükəsizlik hava aylığı ilə əlaqədar sürücülərə xəbərdarlıq edib.
Polisdən verilən məlumata görə, cərimələri ödəməyənlərə qarşı reydlər davam edəcək.
1
Bakıda iş saatları dəyişə bilər: Tıxac probleminə yeni həll
435 dəfə oxunub
2
Göygöldə 2 uşaq göldə boğularaq ölüb
427 dəfə oxunub
3
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
226 dəfə oxunub
4
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
218 dəfə oxunub
5
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
214 dəfə oxunub