"Yaxın iki gün ərzində Bakıda və Abşeron yarımadasında arabir güclənən şimal-qərb küləyinin üstünlüyü müşahidə olunacaq".
Mynews.az-ın məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmədova deyib.
O xatırladıb ki, bir neçə gündür ölkə ərazisində isti hava şəraiti müşahidə olunur: "Hazırda müşahidə olunan hava şəraitinin ayın sonunadək davam edəcəyi gözlənilir. Havanın maksimal temperaturu 35-40, Mərkəzi Aran rayonlarında, eləcə də, Naxçıvan Muxtar Respublikasının bəzi yerlərində isə 42 dərəcəyədək yüksələcək".
G.Məmmədova bildirib ki, Bakıda və Abşeron yarımadasında növbəti iki gün ərzində hava şəraiti yağmursuz keçəcək: "Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturunun isə 31-36 dərəcə arasında dəyişəcəyi gözlənilir".
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub