Bir ay əvvəl öz nənələri tərəfindən küçədə tərk edilən 3 uşağın anası Kərimova Xəyalə artıq tapılıb. Ana Azərbaycan Uşaqlar Birliyi Uşaq Sığınacağı-Reinteqrasiya Mərkəzinə gəlib və orada ərizəsi alınıb. Maraqlıdır ki, nənə öz qızını qız isə anasını günahkar sayır.
Publika.az-ın məlumatına görə, ananın gəlişi ilə bağlı artıq Ağsu Polis Şöbəsinə məlumat verilib. Sabah da nənəni sığınacağa gələcəyi bildirilib. Təəssüf ki, atadan hələ də xəbər yoxdur.
Uşaqları küçədə sahibsiz qoyub gedən nənə və “çox pis vəziyyətdə idim, anama verib getmişdim deyən” ana ilə bağlı rəsmi olaraq məhkəməyə müraciət ediləcək. Bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədr müavini, Uşaq Sığınacağı-Reinteqrasiya Mərkəzinin rəhbəri Vasif Akifli məlumat verib.
Qeyd edək ki, azyaşlı uşaqlar iyulun 2-də Nəsimi rayon Polis İdarəsinin əməkdaşaları tərəfindən yol kənarında tapılmış və Reinteqrasiya Mərkəzinə yerləşdirilmişdi.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub