Sürücü şirkətdən taksi sifariş edən qadın sərnişinə sonradan zəng edərək onunla tanış olmaq istəyib.
Mynews.az Xəzər TV-yə istinadən xəbər verir ki, sürücü xanımın “WhatsApp” nömrəsinə yazaraq ondan xoşu gəldiyini və tanış olmaq istədiyini bildirib.
Ancaq xanım buna etirazını bildirərək onu narahat etməməsini deyib. Hadisə Bakıda olub. Taksi şirkətlərinin birində işləyən sürücü müştərini ünvana apardıqdan sonra mesaj yazmağa başlayıb. Sonradan xanım müştəri sürücü ilə olan yazışmanı sosial şəbəkələrdə paylaşaraq qadın istifadəçiləri belə məsələlərdə diqqətli olmağa çağırıb.
Şəhərdə xanımlar arasında aparılan sorğu zamanı belə halla qarşılaşanların olduğunu gördük.
Hüquqşünas Xəyal Bəşirov deyir ki, əgər sürücü mütəmadi olaraq vətəndaşı narahat edərsə, o zaman həmin sürücü inzibati qaydada cəzalandırıla bilər.
Belə halla qarşılaşan qadın müştərilər polisə müraciət edə bilər.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub