Bir neçə gündür Azərbaycan Güləş Federasiyası ilə milli komandanın güləşçiləri arasında baş verən maaş qalmaqalı gündəmi zəbt edib.
Mynews.az Ölkə.az-a istinadən məlumatına görə güləşçilərin mətbuata səs-küylü açıqlamasından sonra Federasiya adından milli komandanın baş məşqşisi açıqlama yayaraq güləşçiləri demək olar ki, xəyanətlə günahlandırdı.
Öz növbəsində isə etirazçıların lideri kimi görünən Rəsul Çunayevin lüks həyatı, bahalı avtomobilləri, “zerkalnıy” nömrələri ictimaiyyətə tirajlandı.
Bu bahalı avtomobillərdən sadəcə Çunayevdə yoxdur. Azərbaycan Güləş Federasiyasının Vitse-prezidenti Elçin Cəfərovun oğlu Elşən Cəfərov heç də Rəsul Çunayevdən ucuz həyat yaşamır.
Təqdim edəcəyimiz fotolardan da göründüyü kimi yeniyetmə Cəfərovun bir-iki günlük xərci güləçilərə verilən maaşdan az deyil.
Qeyd edək ki, fotolardakı “333” nömrəli avtomobil AGF-nin Vitse-prezidenti Elçin Cəfərovun, “777” nömrəli nəhəng avtomobil isə yeniyetmə oğluna məxsusdur
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub