Bu gün səhər “Mercedes” markalı avtomobilin düşdüyü MMX protokolun “OPEL” markalı avtomobilin sürücüsünə göndərilməsi ilə bağlı xəbər vermişdik. (Növbəti protokol müəması: şəkildə "Mercedes", cərimə olunan "OPEL"– FOTO) Sürücü bu səhv protokola görə avtomobilin cərimə meydançasına aparıldığını bildirmişdi.
Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev Avtosfer.az-a bildirib ki, məlumatdan dərhal sonra araşdırma aparılıb və həmin protokol həqiqətən də səhv tərtib edilib və hərf səhvi nəticəsində başqa sürücüyə göndərilib. K. Əliyev onu da əlavə etdi ki, “OPEL” markalı avtomobilin sürücüsü idarəyə dəvət edilib və avtomobili geri qaytarılıb.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub