İqtisadiyyat və Səhiyyə nazirlikləri ticarət mərkəzlərində yoxlama aparıb və "Hicaz 313” MMC tərəfindən istehsal olunan ət məhsullarının tərkibində sağlamlıq üçün təhlükə yaradan mikroorqanizmlərin normativ sənədlərlə yol verilən miqdardan artıq olduğunu müəyyən ediblər.
İqtisadiyyat Nazirliyindən virtualaz.org saytına verilən məlumatda deyilir ki, götürülmüş nümunələrin laborator müayinəsi nəticəsində "Hicaz” adlı mal və toyuq ətindən əla növ sosiskada nişastanın kütlə payının normativ sənədlərdə nəzərdə tutulmuş miqdardan artıq olduğu aşkar edilib.
Qanun pozuntularına təkrar yol verilməməsi üçün müvafiq tədbirlərin həyata keçirilməsi barədə "Hicaz 313” MMC-yə göstəriş verilib.
İqtisadiyyat və Səhiyyə nazirlikləri bir daha sahibkarlıq subyektlərinə ərzaq məhsullarının istehsalı prosesində normativ texniki tələblərə, sanitariya norma və qaydalarına ciddi əməl edilməsini, məhsulların keyfiyyət və təhlükəsizlik tələblərinə uyğun olmasını təmin etməyi tövsiyə edir.
Qanunvericiliyin tələblərinə əməl etməyən sahibkarlıq subyektləri barəsində ciddi məsuliyyət tədbirləri görüləcək.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub