Avqustun 2-də Bakıda və Abşeron yarımadasında hava yağmursuz olacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Mynews.az-a verilən xəbərə görə, mülayim şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəzlənəcək. Havanın temperaturu gecə 23-26° isti, gündüz 32-37° isti olacaq. Bakıda gecə 24-26° isti, gündüz 34-36° isti olacağı gözlənilir. Atmosfer təzyiqi norma daxilində - 761 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 55-65% olacaq.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 25-26°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 26-27°, Türkan, Hövsan, Sahil, Şıxda 27-28° isti təşkil edəcək.
Tibbi-meteoroloji proqnoza gəlincə, avqustun 2-4-də Abşeron yarımadasında isti hava şəraiti və rütubətliliyinin nisbətən çox olması meteohəssas insanlar üçün əlverişsizdir. Sabah Azərbaycanın rayonlarında hava yağmursuz keçəcək, lakin günün birinci yarısında bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Zəif şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 21-26° isti, gündüz 35-40° isti, dağlarda gecə 15-20° isti, gündüz 27-32° isti olacağı gözlənilir.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub