“Özbəkistanın mərhum prezidenti İslam Kərimovun böyük qızı Gülnarə Kərimova ev dustağı deyil, həbsxanada saxlanılır”.
Mynews.az Report-a istinadən xəbər verir ki, bunu Gülnarə Kərimovanın adından İsveçrə məhkəməsində çıxış edən vəkili Qrequar Manja “Fergananews”un məsələ ilə bağlı sualına məktubla cavabında bildirib.
“Üç həftə əvvəl mənə məlum oldu ki, müştərim həbsxanadadır. Onun saxlanıldığı həbsxana mənə məlum deyil”, - vəkil vurğulayıb.
“Ferghana”nın baş redaktoru isə bildirib ki, Gülnarə Kərimova hazırda Özbəkistan Milli Təhlükəsizlik Nazirliyinin təcridxanasında saxlanılır.
Qeyd edək ki, Özbəkistan Baş Prokurorluğu ona qarşı 2015-ci ildə ittiham irəli sürüb və 5 il müddətinə azadlıqdan məhrum edilib. O, hazırda həbsdədir. Açıqlamada bildirilib ki, Gülnarə Kərimovaya qarşı “külli məbləğdə dövlət əmlakının mənimsəmək, hədə-qorxu ilə pul tələb etmək” maddələri ilə ittiham irəli sürülüb. Bu ilin aprel ayında ABŞ-ın Ədliyyə Nazirliyi İslam Kərimovun qızı Gülnarə Kərimovanın adını “rüşvət almaqda və çirkli maliyyə vəsaitlərinin yuyulmasında” şübhəli bildiyini açıq və konkret olaraq bildirib.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub