662 bal toplaşmış Aytənin atası ÜSYAN etdi "Qızım səhərdən ağlayır ki..."

1039
662 bal toplaşmış Aytənin atası ÜSYAN etdi "Qızım səhərdən ağlayır ki..."

Zərdab rayonunda ali məktəblərə qəbul imtahanından 650 bal toplayaraq hüquq fakültəsinə daxil olan qızcığaz ailəsi imkansız olduğundan tələbə təhsil ala bilməyəcək xəbəri yayılıb.

Bununla bağlı "Antenn" radiosunun əməkdaşı Aytənin ailəsi ilə əlaqə saxlayıb.

Nəticədə məlum olub ki, Aytənin ailəsi yayılan xəbər və şəkillərdən narahatdır.

Həmin müsahibəni sizə də təqdim edirik:

-Salam Yəqin ki, Şirin dayısınız. Sizi Radio Antenndən arahat edirik. Aytənlə bağlı mətbuatda yazılan məlumatlara məhz sizin dilinizdən aydınlıq gətirilməsini istəyirəm. 

- Bəli. Mən Aytənin atasıyam. Ay qızım, mən özüm işləyirəm. Varlı deyiləm, amma çox şükür heç kimə möhtac da deyiləm. Bilmirəm bu söhbəti kim niyə yayıb.

-Şirin dayı, sizcə, bu söhbət necə yarana bilər? Yəni hardan biliblər ki sizin vəziyyətiniz ağırdır?

-Mənim vəziyyətim ağır deyil. İşləyirəm, şükür çörəyimiz var. hamı kimi biz də yaşırıq. İndi qızım oturub səhərdən ağlıyır. Mənim uşağımın şəkillərini niyə icazəsiz internetdə yayıblar? Səhərdən gözünün suyu qurumur ki "mən verməmişəm"

-Şirin dayı, sizin qızınıza kömək etmək istəyən insanlar var. Sizin əlaqə nömrənizi istəyirlər. İcazə verirsinizmi nömrənizi kiməsə verim?

_Yox, yox, yox... Bir də deyirəm, mənim heç kimin heç nəyinə ehtiyacım yoxdur. Bu söhbəti kim ortaya atıb xəbərimiz yoxdur. Nömrəmi də heç kimə verməyin. Xahiş edirəm, uşağımın şəkillərini internetdən silin.

Xəbər lenti