Yayın sonuncu ayı avqust da həm paytaxt, həm də bölgələrə isti hava vəd edir. Bu ay hərarət 42 dərəcəyə qədər yüksələ bilər . Təbii ki belə yüksək hava şəraiti heç kəsə xoş deyil. Xüsusilə də ürək xəstələri isti havalarda bəzi məqamlara diqqət etməlidir.
Mynews.az xezerxeber.az-a istinadən bildirir ki, vətəndaşlarin diqqətinə! Avqust bu il də özü ilə bərabər dözülməz isti gətirir.. Hidrometeroloqlar bu ay havanIn hərarətinin müəyyən günlərdə 40 dərəcədən çox olacağını proqnozlaşdırır.
Bakiya gəlincə, paytaxt sakinləri də bu ay istinin əsarətində olacaq. Havanin orta ayliq temperaturu 33-38 dərəcə isti təşkil edəcək. Belə havalar sağlamliq problemi yaşayanlar üçün isə ikiqat çətindir. Ürək xəstəliyi olanlar xüsusi ilə diqqətli olmalidir. qidalanma, yuxu rejimi, geyim seçimi, bədənin soyuq-isti tarazliğinin qorunmasi və günəşdən qorunma ürək xəstələrinin yayda diqqət edəcəyi əhəmiyyətli məqamlardandır.
Ürək problemi yaşayanlar isti havalarda normadan çox maye qəbul etməməlidir. Bu ürək çatişmazliğinin dərinləşməsinə, tənginəfəsliyin artmasina və daha ciddi ağirlaşmalara səbəb olur. Yayda ürək xəstələrinin diqqət edəcəyi məqamlardan biri də dərman qəbuludur.
Bununla yanaşi əgər ürək problemi yaşayirsinizsa, istilərdə kondisionerin dərəcəsini təxminən 22-23 arasinda saxlayin, sauna və hamam kimi çox isti yerlərdən uzaq durun.