Bu gündən Elektron İpoteka Sisteminin tətbiqinə başlanılıb.
Mynews.az xəbər verir ki, artıq "Azərbaycan İpoteka Fondu"nun vəsaiti hesabına verilən ipoteka kreditindən istifadə etmək istəyən hər bir şəxs birbaşa internet vasitəsilə onlayn rejimdə Elektron Hökumət Portalına daxil olaraq müvafiq qaydada ipoteka kreditinin alınması üçün müraciət edə bilər.
Yeni sistemin tətbiqi ipoteka kreditlərinə çıxış imkanlarının sadələşdirilməsinə, ipoteka krediti almaq istəyən şəxslər üçün bərabər şərait yaradılmasına, müraciətlərə baxılma zamanı şəffaflığın və operativliyin təmin edilməsinə, habelə informasiya-kommunikasiya texnologiyalarının imkanlarından faydalanaraq tələb olunan sənədləri real vaxt rejimində əldə etməklə, sərf olunan vaxta və xərclərə qənaət olunmasına, göstərilən xidmətlərin keyfiyyətinin və səmərəliliyinin artırılmasına xidmət edəcək.
1
Bakıda iş saatları dəyişə bilər: Tıxac probleminə yeni həll
435 dəfə oxunub
2
Göygöldə 2 uşaq göldə boğularaq ölüb
427 dəfə oxunub
3
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
226 dəfə oxunub
4
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
218 dəfə oxunub
5
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
214 dəfə oxunub