Mynews.az xəbər verir ki, Türkiyədə üzərində “Hero” yazılmış köynək geyinən Azərbaycanlı deportasiya edilib. Virtualaz.org “Hürriyet”ə istinadən xəbər verir ki, hadisə Qars vilayətində baş verib. Köynəyində ingiliscə “hero” – qəhrəman yazılmış köynək geyən şəxs polislər tərəfindən Polis İdarəsinə aparılıb. Orada ifadəsi alınandan sonra ölkədən deportasiya edilib.
Mənbənin yazdığına görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana sui-qəsd zamanı şübhəlilərdən biri üzərində “hero” yazılan köynək geyinibmiş. Bundan sonra eyni yazılı köynəyi geyən onlarla şəxs saxlanılıb, ən azı 2 nəfər həbs olunub.
Şübhəlilərin “Hero” yazılı köynək geyinməsi 15 iyul Türkiyədə dövlət çevrilişinə cəhddən sonra Fətullah Gülənin “The Fountain Magazine” də yazdırdığı yazının başlığında “Despair and Heroes” (Ümidsizlik və Qəhrəmanlıq) olması ilə əlaqələndiriblər.
Bir neçə nəfərin saxlanılmasından sonra “Akşam” qəzeti “Hero”nu Hoca Efendi Razı Olsun cümləsinin qısaldılmış forması olduğu iddia etmişdi.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub