Azərbaycanın bölgələrinə turist kimi istirahətə gedən vətəndaşlar qəribə olayla rastlaşıblar. İsmayıllı rayonu ərazisində yerləşən Unikal Ailəvi İstirahət Mərkəzində 1 ədəd toyuq üçün vətəndaşdan 50 manat pul tələb olunub.
Mynews.az xəbər verir ki, bu qeyri-adi qiymətlə rastlaşan vətəndaş Sevinc Aslanovaözbaşnalıqla bağlı femida.az -a müraciət edib.
"Ailəmizlə Qəbələyə istirahətə gedirdik. Yolüstü İsmayıllı rayonu ərazisində yerləşən kafedə nahar etmək istədik. Əvvəlcədən bizə qiymətlər barədə bir söz demədilər. Bir ədəd balaca toyuğa görə bizdən 50 manat pul istədilər. Etiraz edəndə bildirdilər ki, kimə istəyirsiniz şikayət edin. Biz istədiyimiz qiyməti qoyuruq. Daha sonra hesabı gətirdilər. Orada balaca bir toyuğa görə 25 manat pul yazmışdılar. Bir balaca çaynik çaya görə 6 manat pul aldılar. Göstərdikləri xidmət isə çox aşağı səviyyədə idi. Heç bir xidmət göstərmədən bizdən 52 manat pul aldılar. Bu artıq özbaşnalığın son həddidir".
Xoşagəlməz halla rastlaşan vətəndaşlar hesabı ödəmək məcburiyyətində qaldıqdan sonra ərazini tərk ediblər.