Eks-deputat Elton Məmmədov qardaşı Ziya Məmmədovun nazir postundan uzaqlaşdırılması xəbərinə münasibət bildirib.
E.Məmmədov açıqlamasında ölkə başçısının verdiyi bütün qərarlara hörmətlə yanaşdığını bildirib:
"Prezidentin təkcə Ziya Məmmədovla bağlı yox, verdiyi bütün sərəncamlar öz səlahiyyətləri çərçivəsindədir. Bu baxımdan ölkə rəhbərinin verdiyi sərəncamlar müzakirə obyekti ola bilməz".
E.Məmmədov Z.Məmmədovun yeni yaradılacaq strukturda rəhbər vəzifəyə gətiriləcəyi xəbərlərinə də şərh verib:
"Bu bizim arzumuz ola bilər. Amma bu ölkə rəhbərinin konstitusion səlahiyyətlərinə daxildir. İndi gəzən fərziyyələr, söhbətlər gerçək ola bilər. Amma buna biz qərar vermirik.
Eks-nazirin qardaşı, 15 il Mili Məclisin deputatı olmuş biri kimi deyə bilərəm ki, Ziya Məmmədov, işlədiyi dövrdə xalqına, ölkə rəhbərinə sədaqətlə xidmət edib. Ölkədə gedən bütün infrastruktur yeniliklərində nazir kimi müstəsna xidmətləri var. Bu, tarixdir, danılmazıdır. Tarix də olanları yazdı".
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub