Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, 2014-cü ildən əhali pulsuz tibbi müayinədən keçirilir. Hər il respublikanın 18 yaşdan yuxarı əhalisinin mütləq əksəriyyəti tibbi müayinədən keçirilir, ehtiyacı olanlar ambulator və stasionar müalicəyə cəlb edilir, zərurət yarandıqda ixtisaslaşmış tibb müəssisələrinə göndərilirlər.
Mynews.az xəbər verir ki, növbəti tibbi müayinə 2017-ci il fevralın 15-dən mayın 15-dək ölkənin bütün yaşayış məntəqələri üzrə tibb müəssisələrində keçiriləcək.
Bu mühüm tədbirin yüksək səviyyədə təşkili üçün şəhər və rayon icra hakimiyyətləri səhiyyə orqanları ilə birgə bütün təşkilati işləri həyata keçirəcək, əhali arasında izahat-maarifləndirmə işi aparılmaqla vətəndaşların əhatəli şəkildə tibbi müayinəyə cəlb olunmaları üçün zəruri tədbirlər görüləcək.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub