Bu gün prezident İlham Əliyevin oğlu Heydər Əliyevin ad günüdür.
Mynews.az-ın məlumatına görə, H.Əliyevin 20 yaşı tamam olur. Bu münasibətlə, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sosial şəbəkədə ümummilli lider Heydər Əliyevlə qardaşının fotosunu paylaşaraq təbriklərini çatdırıb:
“Əziz qardaşımı yubiley münasibəti ilə təbrik edirəm! Həmişə belə güclü, layiqli və nəcib insan olmağını arzu edirəm! Mən səni çox istəyirəm, Heydər Əliyev! Təşəkkür edirəm!”.
Qeyd edək ki, Heydər Əliyev 1997-ci ilin bu günü anadan olub. 2013-cü ildə 590 balla Azərbaycan Diplomatiya Akademiyasına qəbul olan Heydər Əliyev beynəlxalq münasibətlər ixtisasında təhsilini davam etdirir.

Axşam.az
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub