Xəbər verildiyi kimi, ötən gün Kiyevdə cüdo üzrə ikiqat dünya çempionu, Azərbaycanın bu idman növü üzrə yığma komandasının keçmiş baş məşqçisi Peter Zayzenbaher Kiyevdə yaxalanıb. Avstriya hüquq-mühafizə orqanları iki azyaşlı qızı zorlamaqda ittiham edir və keçmiş baş məşqçi ötən ilin dekabrından İnterpol tərəfindən beynəlxalq axtarışa verilmişdi.
Mynews.az Virtualaaz.org-a istinadən bildirir ki, Peter Zayzenbaherin yaxalanması barədə xəbər bir çox ölkə mediasında geniş rezonansa səbəb olub. Ötən ilin dekabrında o, yoxa çıxanda tanınmış idmançını yaxından tanıyanlar Zayzenbaherin bu biabırçılığa dözməyərək intihar etdiyini ehtimal edirdilər. Bir çoxları isə hesab edirdi ki, Zayzenbaher qızıl-brilyant biznesi qurduğu Birləşmiş Ərəb Əmirliklərinə, yaxud Avstriyanın ekstradisiya haqda müqaviləsinin olmadığı Cənubi Afrika Respublikasına və ya Madaqaskara qaçdığını təxmin edirdi. Habelə keçmiş baş məşqçinin Azərbaycan və ya Gürcüstanda da gizləndiyini iddia edənlər var idi.
Lakin 57 yaşlı veteran, dəhşətli cinayət əməlində ittiham olunan Zeyzenbaher Kiyevdə tapıldı. Onun Kiyevin kasıb məhəlləsi hesab olunan Vinoqradarda iki otaqlı mənzildə gizləndiyi üzə çıxıb. Avstriya mənbələri bildirir ki, Zayzenbaher kondisionersiz mənzildə çılpaq halda yaxalanıb. Görünür o, avqust istilərindən soyunmaqla xilas olmağa çalışırmış və xüsusi təyinatlılar qəfildən onun başının üstünü kəsdirib.
Məlum olub ki, azyaşlılara qarşı seksual zorakılıqlarda ittiham olunan keçmiş baş məşqçi həmin mənzildə tək yaşayırmış. Onu telefon zəngləri sayəsində yaxalamaq mümkün olub. Zayzenbaherin mənzilində bir neçə ədəd sadə telefon aparatı aşkarlanıb. Bildirilir ki, o, sim-kartları tez-tez dəyişirmiş, lakin Avstriya polisi Zayzenbaherin Vyanada yaşayan anasına tez-tez zəng vurduğunu müəyyən edərək zənglərin Kiyevdən edildiyini müəyyənləşdirib. Nəticədə Ukrayna hüquq-mühafizə orqanları onun harada gizləndiyini öyrənə bilib.
Zayzenbaher 2014-cü ildə Azərbaycan yığmasını tərk edib və Birləşmiş Ərəb Əmirliklərinə gedib. 2016-cı ildə ona qarşı irəli sürülmüş ittiham Zayzenbaheri tanıyanları şoka salıb. Məlum olub ki, o, 10 il əvvəl məşqçi kimi çalışdırdığı azyaşlı qızlara təcavüz edib. Prokurorluq zərərçəkənlərin ifadəsi əsasında cinayət işi qaldırıb, Zayzenbaher axtarışa verilib.
1
Bakıda iş saatları dəyişə bilər: Tıxac probleminə yeni həll
435 dəfə oxunub
2
Göygöldə 2 uşaq göldə boğularaq ölüb
427 dəfə oxunub
3
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
226 dəfə oxunub
4
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
218 dəfə oxunub
5
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
214 dəfə oxunub