O, müsahibəsində bildirib: "Bu gün Bakı Nəqliyyat Agentliyində marşrut xətlərinin satışa şıxarılması ilə bağlı Azərbaycan Respublikası Nazirlər kabinetinin 2009-cu il 3 aprel tarixli 52 saylı "avtobus xətlərinin sahibkarlara müsabiqə yolu ilə verilməsi” qərarı mövcuddur. Biz artıq 2016-cı ildə apardığımız təhlillərin məntiqi nəticəsi olaraq 2017-ci ildən bu prosesə başlamışıq. Bu proses Bakı şəhərinin inzibati ərazisində son 8 ildə ilk dəfə olaraq Bakı Şəhər Nəqliyyat Agentliyi tərəfindən həyata keçirilir. Ona görə də, ilk növbədə Bakı Nəqliyyat Agentliyi ilə sıx əməkdaşlıq edən xarici mütəxəsislərlə birgə hazırlanan Bakı Nəqliyyat proqramının konsepsiyasına uyğun avtobus xətlərinin açılması məqsədilə 125 saylı avtobus xətti də 28 may nəqliyyat mərkəzi ilə Lökbatan nəqliyyat mübadilə mərkəzini birləşdirdiyinə görə, həmin 125 saylı marşrut xəttinı müsabiqəyə çıxartdıq. Bu gündən artıq avtobuslar test rejimi ilə həmin marşrut xəttindən istifadə edirlər. Biz çalışırıq ki, sahibkarları həmin şərtlər müqabilində müsabiqəyə cəlb edik.”
Onu da qeyd edək kİ, bu marşrut üzrə avtobuslar 28 Мay metrostansiyası - Sahil metrostansiyası - Bayıl qəsəsəbəsi - 20-ci sahə - Bibi Heybət - Şixov çimərliyi - Binə Ticarət Мərkəzi istiqamətində və əks istiqamətdə hərəkət edəcəklər. Gediş haqqı 25 qəpik təyin edilib.