“İki uşağını atıb? sevgilisi ilə qaçdı”, “Ailəsini atıb, ərinin əmisi oğluna xaricə getdi” və s...
Əvvəllər bu başlıqlı xəbərlər cəmiyyətdə rezonanas doğurur, kəskin tənqidl' üzləşirdi. Sonradan bu tip hadisələrin sayı artdığından, insanlar bu xəbərlərə adi hal kimi baxır. Hətta bəziləri qadını müdafiə edir. Maraqlıdır, qadınları bu hərəkəti etməyə nə vadar edir?
Məsələ ilə bağlı Metbuat.az-a açıqlama verən “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova bildirdi ki, zaman-zaman bu hadisələrlə rastlaşırlar.
“Bunun səbələri kimi ailə münasibətlərinə baxmaq lazımdır. Ola bilsin ki, xanım kiminsə təsiri altına düşür, ailədə münasibətlər normal səviyyədə deyil və ya qadın öz ərindən eyni hərəkətlə acıq çıxmaq istəyir. Ola bilsin, kimsə ağırlığa dözə bilmir, evdən qaçır. Təbii ki, sosial şəbəkələr də öz təsirini göstərir. Bütün psixoloji amillər qadınların bu cür addım atmasına təsir göstərir”.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub