Ötən gün Bakının Heydər Əliyev prospektində baş verən dəhşətli qəzanı törədən 10-PP-203 dövlət nömrə nişanlı “Gelandewagen” markalı maşının Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun nəvəsi Nail Allahverdiyevə məxsus olduğunu xəbər vermişdik.
“Qaçqınkom” sədrinin nəvələrinin adı hallandığı ilk hadisə deyil. Belə ki, 2012-ci ilin iyununda da Nail Allahverdiyevə məxsus 90-LV-090 dövlət nömrə nişanlı maşın qəza törədib. Həmin vaxt Həsənovun nəvəsinə məxsus yüksək sürətlə hərəkət edən “BMW x6” markalı maşın işıqforun qırmızı işığında dayanan 4 maşına çırpılıb. Qəza zamanı “Mercedes”, “Vaz 2106”, “Ford” və “Mercedes” mikroavtobus markalı maşınlara ciddi ziyan dəyib. (Yeniçağ.Az)




1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub