Azərbaycanın baş naziri Artur Rasi-zadə "Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları"nda dəyişikliklər edilməsi haqqında qərar imzalayıb.
Mynews.az xəbər verir ki, qərara əsasən, Qaydaların 9.5-ci bəndində "Taksilərin dayanacaq yeri" sözləri "Minik taksilərinin duracaq yeri" sözləri ilə və "edə bilər" sözləri "etməlidir" sözü ilə əvəz edilib.
Dəyişikliyə qədər Qaydaların 9.5-ci bəndində göstərilirdi ki, sifariş gözləyərkən daşıyıcı taksi minik avtomobilləri üçün nəzərdə tutulmuş "Taksilərin dayanacaq yeri" yol nişanı ilə işarələnmiş dayanacaqlardan istifadə edə bilər.
Lakin Qaydalara dəyişiklik edilməklə, taksilərin sifariş gözləyərkən "Minik taksilərinin duracaq yeri" yol nişanı ilə işarələnmiş dayanacaqlardan istifadə etməsi məcburiləşdirilir.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub