DİN-in "Gelandewagen"lə törədilən qəza ilə bağlı açıqlamasına rəğmən, millət vəkili Astan Şahverdiyevin "Nail Allahverdiyev hadisə zamanı evdə olub" sözləri sosial mediada ciddi müzakirə mövzusuna çevrilib.
Bir müddət əvvəl Rusiyada yaşayan vətəndaşlarımızın ünvanına "otxod" sözünü işlədən deputatın ünvanına sərt sözlər isə sabiq həmkarından gəlib.
Mynews.az yenicag.az-a istinadən xəbər verir ki, keçmiş millət vəkili Etibar Hüseynov Şahverdiyevi "yaş yuyub, quru sərib".
Həmin statusu olduğu kimi təqdim edirik: "
Deməli, iki nəfər heç bir günahı olmayan insan ölüb, ikisi ağır yaralıdır (həkimlərin rəyinə görə, ən yaxşı halda ömürlük əlil qalacaq), DİN açıqlama yayıb, sükan arxasında Nail Allahverdiyevin olduğunu təsdiq edib; Astan Şahverdiyev də deyir ki, bəs Nail evdə olub, şahidlər var, onun hadisəyə heç bir aidiyyatı yoxdur. Simasızlığın, şərəfsizliyin, yaltaqlığın da sərhədi itib".
1
Bakıda iş saatları dəyişə bilər: Tıxac probleminə yeni həll
435 dəfə oxunub
2
Göygöldə 2 uşaq göldə boğularaq ölüb
427 dəfə oxunub
3
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
226 dəfə oxunub
4
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
218 dəfə oxunub
5
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
214 dəfə oxunub