İsmayıllıda narkotik tərkibli bitkiləri əkib-becərməklə məşğul olan şəxs saxlanılıb.
Mynews.az ARB TV-yə istinadən xəbər verir ki, Uştal kənd sakini qanunsuz əməllərini bir növ gözdən-könüldən uzaq yerdə həyata keçirmək istəyib.
Ona görə də bu iş üçün kəndin ərazisindəki meşəliyi seçib. Bununla polisi yanıldacağını düşünsə də, özü yanılıb. Ayıq-sayıq asayiş keşikçiləri 56 yaşlı Rafiq Məmmədovu elə iş başındaca - yetişdirdiyi çətənə kollarına qulluq etdiyi yerdə yaxalayıblar.
Rafiq Məmmədov - saxlanılan şəxs: "Səhvlik eləmişəm. Bir işdir. 39-40 ağac əkmişəm".
Əraziyə baxış zamanı oradan hündürlüyü 2 metr, sayı 57 ədəd olan çətənə kolu aşkar edilib. Polis əməkdaşları bitkiləri kökündən çıxararaq maddi sübut kimi götürüblər. Saxlanılan Rafiq Məmmədov çətənə toxumlarını tapdığını və meşənin ortasındakı boş ərazini kol-kosdan təmizləyərək ora əkdiyini etiraf edib. Dediyinə əsasən, narkotik vasitəni satmaq məqsədilə yox, şəxsi istifadəsi üçün əkib. Amma istənilən halda qanunu pozduğuna görə, cavab verməli olacaq. Açılan cinayət işi üzrə araşdırmalar davam etdirilir.
1
Bakıda iş saatları dəyişə bilər: Tıxac probleminə yeni həll
435 dəfə oxunub
2
Göygöldə 2 uşaq göldə boğularaq ölüb
427 dəfə oxunub
3
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
226 dəfə oxunub
4
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
218 dəfə oxunub
5
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
214 dəfə oxunub