Problemlə üzləşdikdə nə etməli?
Ödəmə terminalları yeni pullardan fərqli olaraq, köhnə əsginazları qəbul etmir. Bəs, buna səbəb nədir?
ARB TV mövzu ilə bağlı reportaj hazırlayıb.
Sakinlərin bir çoxu bu haldan şikayətçidirlər.
İbrahim Ələkbərov – sakin: “Vaxtımızı aparır. Eyni terminala gedirik götürmür, gedirik başqasına”.
Sakin: “Əzik pulu öyrədiblər, belə edib salırlar. Amma mən 3 dəfə cırıq pul salmışam, götürməyib”.
Fazil Paşayev – Azad İstehlakçılar İB-nin eksperti: “Təzəni də qaytarır. Görürsən ki, təzədir, amma aparat geri qaytarır. İstər-istəməz istehlakçının əsəblərini gərginləşdirir. Axırıncı puludur, ora qoyur, başqası yoxdur. Salır, qaytarır. Özü də əsəbiləşir, növbə də yaranır”.

Ödəmə terminallarına aid saytlarda qurğuların köhnə pulları götürməməsinə aid qeyd var. Amma söhbət qüsursuz əsginazlardan gedirsə…
Nicat Alışov – Ödəmə Terminalı Operatoru: “Çox güman ki, terminalda yaranan texniki problem səbəbindən əsginazı qəbul etmir. Digər terminallardan cəhd edilməlidir. Bacardığımız qədər aradan qaldırırq çətinlikləri”.
Belə nöqsanlı ödəmə terminalları ilə qarşılaşanlar qəbzlərdə qeyd olunan qaynar xəttlərlə əlaqə yarada bilər.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub