Qan xərçəngindən dünyasını dəyişmiş rejissor Şahin Zəkizadənin ailəsində daha bir itki üz baş verib.
Mynews.az xəbər verir ki, mərhum rejissorun atası Həsən Zəkizadə dünyasını dəyişib.
Bu barədə məlumatı Şahinin xalası oğlu Aqil Adiloğlu verib:
"Valideyn üçün ən böyük acı övlad itkisidir. Şahinin ölümündən sonra atası Həsən əminidə 40 gün bundan öncə haqqın rəhmətinə qovuşdu. Şahinin dost dedikləri onun ailəsini bir dəfə də olsun axtarmadııar".
Qeyd edək ki, Şahin Zəkizadə 2016-cı il sentyabr ayında qan xərçəngi xəstəliyi aşkarlanıb. O zamandan rejissor Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasında intensiv müalicə alıb. Amma bir neçə aylıq müalicəyə baxmayaraq, xəstəlik şiddətlənmişdir. İstedadlı rejissor 12 fevral 2017-ci ildə komaya düşüb və 16 fevralda dünyasını dəyişib. Rejissor Maştağada yerləşən "Seyidlər" qəbiristanlığında dəfn olunub.

1
Bakıda iş saatları dəyişə bilər: Tıxac probleminə yeni həll
435 dəfə oxunub
2
Göygöldə 2 uşaq göldə boğularaq ölüb
427 dəfə oxunub
3
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
226 dəfə oxunub
4
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
218 dəfə oxunub
5
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
214 dəfə oxunub