Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bu dəfə medianın gündəminə nəvəsinin ölümlə nəticələnən yol qəzası törətməsi faktı ilə gəldi. Sosial şəbəkələrdə və mediada bu qəzaya görə, nəvədən daha çox babaya qarşı ağır ittihamlar irəli sürülür.
Mynews.az Oxu.Az-a istinadən xəbər verir ki, gununsesi.info Əli Həsənovun özü ilə əlaqə saxlayaraq, olay barədə fikirlərini soruşub.
Əli Həsənov faciəyə səbəb olan qəza barəsində danışmaq istəmədiyini deyib: “Mən heç nə danışmaq istəmirəm. Mənim adımın mediada gündəmə gətirilməsinə gəlincə, hüququ ölkədə məsuliyyət fərdidir. Çox istərdim ki, media nümayəndələri də bunu başa düşsün. Başqa deyəcəyim bir şey yoxdur”.
Avqustun 3-də Heydər Əliyev prospektində iki nəfərin ölümü və iki nəfərin yaralanması ilə nəticələnən qəzada “Galendevagen” markalı avtomobilin sürücüsü müəyyən olunub.
Məlum olub ki, sükan arxasında Qaçqınkom rəhbəri Əli Həsənovun nəvəsi Nail Allahverdiyev olub.
DİN həmin gəncin cinayət məsuliyyətinə cəlb olunacağını bəyan edib.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub