Mynews.az Xəzər TV-tə istinadən xəbər verir ki, uzun mübahisədən sonra əraziyə post patrul xidmətinin əməkdaşları çağırılır və sürücü polis bölməsinə aparılır.
Hadisənin yeni təfərrüatları ortaya çıxıb. Sosial şəbəkədə yayılan görüntülərdə sürücü Murad Cavadzadə bildirir ki, o yol polisi tərəfindən ödənməmiş cəriməsi olduğu üçün saxlanılıb o cərimələrini ödəməsinə baxmayaraq avtomobili duracağa aparılıb.
Hadisə iştirak edən yol polis əməkdaşı Samir Məmmədov isə həmin sürücünün, yol ayrıcını keçmə qaydalarını pozduğu üçün saxlanıldığını bildirib və bunu sübut edən videokadrlar təqdim edib. O əlavə edib ki, saxlanıldıqdan sonra sürücünün ödənməmiş cərimələrinin olduğu da aşkarlanıb və avtomobil cərimə meydançasına aparılıb. O cəriməni ödəsədə son törətdiyi qayda pozuntusuna görə protokolun tərtib edilməsi üçün polis əməkdaşlarına sürücülük vəsiqəsini təqdim etməyib.
Bundan sonra sürücüyə yol ayrıcı keçmə qaydalarını pozduğuna görə cərimə yazılıb və onun avtomobili buraxılıb. Bu faktı sürücünün özü də təsdiqləyir.
Bakı şəhər dövlət yol polisinin bölmə rəisi Vaqif Əsədov bildirib ki, hadisə ilə bağlı vətəndaşın özünün də iştirakı ilə araşdırma aparılıb və polisin hərəkətlərində hər hansı qanunsuzluq aşkarlanmayıb. Bu kimi hadisələr isə polisin böyük vaxt itkisinə səbəb olur.
1
Bakıda iş saatları dəyişə bilər: Tıxac probleminə yeni həll
435 dəfə oxunub
2
Göygöldə 2 uşaq göldə boğularaq ölüb
427 dəfə oxunub
3
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
226 dəfə oxunub
4
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
218 dəfə oxunub
5
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
214 dəfə oxunub