Ötən gün paytaxta xanım sürücünün lentə aldığı görüntülərə cavab olaraq DYP-nin paylaşdığı videoda diqqət çəkən bir məqam var idi. Xanım sürücünün görüntüsünün polis üzərindəki kameradan lentə alındığı görünürdü.
Mynews.az xəbər verir ki, məsələ ilə bağlı Metbuat.az-a açıqlama verən Bakı Şəhər Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov bildirdi ki, polis əməkdaşlarının üzrəində xüsusi texniki vasitər var:
“Polislər həmçinin “BMW” markalı polis avtomobillərində olan “İ-patrul” sisteminin kameralarından da istifadə edilər. Bunu istifadə etməkdə məqsəd odur ki, fəaliyyətimizlə bağlı bizə edilən müdaxilə və narazılıqla əlimizdə sübut olsun. Bakı Şəhər Baş Dövlət Yol Polis İdarəsinə sürücü-polis münasibəti ilə bağlı gün ərzində orta hesabla 25-ə yaxın müraciət daxil olur. Yaxşı ki, bu texniki vasitələr var. Səsyazan və videokamera qurğuları vasitəsilə gün ərzində 25 nəfərin məktubu araşdırılır, onların nə dərəcədə haqlı olub-olmadıqları təsdiq olunur. Ən azından, 25 nəfərin 24-ü səhv etdiyini anlayır”.
1
Bakıda iş saatları dəyişə bilər: Tıxac probleminə yeni həll
435 dəfə oxunub
2
Göygöldə 2 uşaq göldə boğularaq ölüb
427 dəfə oxunub
3
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
226 dəfə oxunub
4
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
218 dəfə oxunub
5
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
214 dəfə oxunub