Bu gün cari ilin ikinci ay tutulması baş verəcək.
Mynews.az Metbuat.az-a istinadən xəbər verir ki, proses saat 21:22-də başlayacaq, saat 22:20-da maksimumda olacaq, saat 23:18-də başa çatacaq.
Bu ay tutulmasının digərlərindən fərqi Ayın qırmızı rəng almasıdır. Bu hadisə “Qanlı Ay” kimi tanınır. Beləki, həmin gün 2 saat ərzində Ay Yer kürəsinin şimalından keçərək planetimizə bir qədər də yaxınlaşacaq. Nəticədə Ay öz dörddə bir hisəsini planetimizin kölgəsində buraxacaq. Bu zaman Günəş şüaları Yerin atmosferini keçərək göy və bənövşəyi rəngləri aradan götürüb, Ayı qırmızı rəngə boyayacaq.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Şamaxı Astrofizika Rəsədxanasından verilən məlumata görə, proses Avropa, Asiya, Afrika, Avstraliya, Antarktida, Rusiyanın böyük hissəsində müşahidə ediləcək. Bu hadisə günbatandan sonra Azərbaycandan da müşahidə olunacaq.
Qeyd edək ki, 2017-ci ildə ilk Ay tutulması fevralın 11-də baş verib.
ABŞ-ın Milli Günəş Rəsədxanasının yaydığı məlumata görə, 2017-ci ilin avqust ayında isə tam Günəş tutulması baş verəcək.
1
Bakıda iş saatları dəyişə bilər: Tıxac probleminə yeni həll
435 dəfə oxunub
2
Göygöldə 2 uşaq göldə boğularaq ölüb
427 dəfə oxunub
3
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
226 dəfə oxunub
4
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
218 dəfə oxunub
5
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
214 dəfə oxunub