Baş nazirin müavini Əli Həsənovun nəvəsi Nail Allahverdiyev barəsində həbs qətimkan tədbiri Xətai rayon Məhkəməsində seçilib.
Mynews.az xəbər verir ki, bu barədə APA-ya təqsirləndirilən şəxsin vəkili Sevdiyar Bayramov məlumat verib.
Vəkilin sözlərinə görə, hakim İbrahim İbrahimlinin sədrliyi ilə keçirilən məhkəmə iclasında təqsirləndirilən N. Allahverdiyev özü də iştirak edib.
S. Bayramov həmçinin müvəkkilinin baş vermiş hadisədən peşmançılıq hissi keçirdiyini, apellyasiya şikayətinin verilməsi ilə bağlı isə hələlik qərar vermədiklərini qeyd edib.
Xatırladaq ki, N. Allahverdiyev bu il avqustun 3-də saat 21 radələrində paytaxtın Nərimanov rayonu ərazisində “Mercedes-Gelandewagen” markalı avtomobillə iki nəfərin ölümü və iki nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi törədib.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti qaydalarını pozma - iki və daha artıq şəxsin ölümünə səbəb olduqda) və 264-cü (Yol-nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb. Bakı şəhər sakini, 1994-cü il təvəllüdlü Nail Elman oğlu Allahverdiyev barəsində məhkəmənin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
1
İlham Əliyev 85 milyon vəsait ayırdı - SƏRƏNCAM
836 dəfə oxunub
2
Keçmiş icra başçısı vəfat etdi
819 dəfə oxunub
3
Cəlilabadda imtahandan qayıdan şagirdlər QƏZAYA DÜŞDÜLƏR
807 dəfə oxunub
4
Dünənki imtahanın nəticələri bu vaxt açıqlanacaq
805 dəfə oxunub
5
Əməkdar artisti Əli Əliyev vəfat edib
804 dəfə oxunub