Qarlı hava şəraiti ilə əlaqədar olaraq Quba rayonunun bəzi dağ kəndlərinə elektrik enerjisinin verilməsində məhdudiyyətlər yaranıb.
Mynews.az Report.az -a istinadən xəbərinə görə, elektrik enerjisi rayonun, əsasən Rustov-Qonaqkənd istiqamətində yerləşən Püstəqasım, Dəhnə, Güneyməhəllə, Rustov, Xanagah, Növdün, Şuduq, Qam-qam, Töhmər və Hacağalar kəndlərinə fasilələrlə verilməyə başlayıb. Quba Rayon Elektrik Şəbəkəsinin rəisi Taleh Səfərov bildirib ki, hazırda təmir briqadası problemin aradan qaldırılması istiqamətində tədbirlər görür:
"Havaların qarlı, şaxtalı və küləkli keçməsilə əlaqədar elektrik xətlərində qırılmalar səbəbindən məhdudiyyətlər yaranıb. Hazırda Quba Rayon Elektrik Şəbəkəsinin əməkdaşları elektrik naqillərində baş verən açılmaların təmir-bərpa işlərini həyata keçirirlər".
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub