Bakıda yol polisi tərəfindən cərimə olunan xanım sürücü ilə DYP əməkdaşı arasında yaranmış qalmaqal məhkəmə müstəvisinə çıxarılacaq. Belə ki, yol polisi "Jeep Wrangler" markalı, 90 GG 044 dövlət nömrə nişanlı avtomobili idarə edən Fatma Talıbova yol polisinin videosunu yayaraq onun qadın sürücülərə "podxod" etdiyini idda etməsi DYP rəhbərliyini sərt addım atmağa vadar edib. Artıq həmin sürücünün məhkəməyə verilməsi barədə qərar qəbul edilib. DYP-dən
Bu barədə Avtosfer.az saytına bildirilib. Bildirilib ki, F.Talıbova böhtan, yəni yalan olduğunu bilə-bilə YPX əməkdaşının şərəf və ləyaqətini ləkələyən, onu nüfuzdan salan məlumatları kütləvi informasiya vasitəsində yaydığına görə qanunvericiliiyin tələblərinə uyğun qaydada məsuliyyətə cəlb olunması üçün iş məhkəməyə göndəriləcək.
Qeyd edək ki, Fatma Talıbova 2012-ci ilin iyulunda sürücülük vəsiqəsi alıb. 2013-cü ildə 6 dəfə, 2014-cü ildə 31 dəfə, 2015-ci ildə 12 dəfə, 2016-cı ildə 47 dəfə, 2017-ci ildə avqustun 1-dək 11 dəfə inzibati məsuliyyətə cəlb edilib. 2015-ci ildə cərimələri vaxtında ödəmədəyi üçün onun sürücülük hüququq 6 ay müddətinə məhdudlaşdırılıb. Bu il yazılan cərimələrə görə artıq Fatma Talıbovanın 14 cərimə balı var idi. Avqustun 1-də yazılan cəriməyə görə daha 4 bal əlavə olunub.
Bu gün Ümid adlı şəxs Avtosfer.az-a Fatma Talıbovanın idarə etdiyi "Jeep"in fotolarını göndərib və bildirib ki, həmin avtomobil tüninq edildiyi üçün qiyməti də bahalaşıb. Bu avtomobilin hazırda 60-80 min manat arası olduğu bildirilir.
1
Bakıda iş saatları dəyişə bilər: Tıxac probleminə yeni həll
435 dəfə oxunub
2
Göygöldə 2 uşaq göldə boğularaq ölüb
427 dəfə oxunub
3
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
226 dəfə oxunub
4
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
218 dəfə oxunub
5
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
214 dəfə oxunub