ŞOK: Həbs olunan Əli Həsənovun nəvəsi yoxa çıxıb? Yalnız ailəsi və vəkili bilir...

656
ŞOK: Həbs olunan Əli Həsənovun nəvəsi yoxa çıxıb? Yalnız ailəsi və vəkili bilir...

Qeyd etdiyimiz kimi avqustun 3-də paytaxtın Nərimanov rayonu ərazisində naməlum sürücünün idarə etdiyi “Mersedes-Gelandawagen” markalı avtomobillə iki nəfərin ölümü və iki nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Qəzanın baş verdiyi ərazidə olan müşahidə kameralarının görüntülərinə baxış zamanı “Mercedes-Gelandawagen” markalı avtomobilin sükanı arxasında Bakı şəhər sakini, 1994-cü il təvəllüdlü Nail Elman oğlu Allahverdiyevin olması tam təsdiq edilib. Məhkəmənin hökmü ilə onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Bundan başqa, həmin vaxt orada yüksək sürətlə avtoxuliqanlıq hərəkətləri törətməklə ictimai asayişi kobud şəkildə pozan “Mazda” markalı avtomobilin sürücüsü Bakı şəhər sakini, 1995-ci il təvəllüdlü Mirməhəmməd Əlövsət oğlu İsmayılov olması da müəyyən edilib və məhkəmə tərəfindən barəsində 1 ay müddətinə inzibati həbs qərarı verilib.

Baş nazirin müavini Əli Həsənovun nəvəsi Nail Allahverdiyev barəsində həbs qətimkan tədbiri Xətai rayon Məhkəməsində seçilib.

Bu barədə təqsirləndirilən şəxsin vəkili Sevdiyar Bayramov məlumat verib. Vəkilin sözlərinə görə, hakim İbrahim İbrahimlinin sədrliyi ilə keçirilən məhkəmə iclasında təqsirləndirilən N. Allahverdiyev özü də iştirak edib.

Nail Elman oğlu Allahverdiyevin Bakı İstintaq Təcridxanasında saxlanılması haqda məlumat yayılıb.

Mynews.az xəbər verir ki, məsələ ilə bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidməti tərəfindən Metbuat.az-a verilən açıqlamada məhkumun saxlanma yeri haqda yayılan söhbətlərə aydınlıq gətirilib:

“Əli Həsənovun nəvəsinin Bakı İstintaq Təcridxanasında saxlanılması haqda deyilənlər həqiqəti əks etdirmir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 16-cı maddəsinə əsasən, cəzanı icra edən orqana təqsirləndirilən şəxsin daxil olduğu cəzaçəkmə müəssisəsi, onun ora nə vaxt gəlməsi, harada saxlanması barədə məlumat vermək qanunla qadağan edilib. Bu təqsirləndirilən şəxsin birbaşa hüququdur. Qanun təqsirləndirilən şəxs (məhkumun) hüququnu müdafiə edərək cəzanı icra edən orqanı bu hüquqlardan məhrum edir. Məlumat yalnız vəkillər və ailə üzvlərində olur. Ancaq onlar tərəfindən məhkumun saxlanma yeri açıqlandıqdan sonra ictimaiyyətə bu haqda məlumat verilə bilər”.

Xəbər lenti