Baş Nazirin müavini, “Qaçqınkom”un sədri Əli Həsənovun nəvəsi Nail Allahverdiyevə məxsus 10-PP-203 dövlət nömrə nişanlı “Gelandewagen” markalı maşının vurması nəticəsində ağıq yaralanan Türkiyə vətəndaşları Mutallib Tekiş və xanımı Songül Tekişdən xəbər var.
Mynews.az Yenicag.az-a istinadən verdiyi məlumata görə, artıq hər iki zərərçəkən şəxs Türkiyəyə aparılıb. Cütlük qardaş ölkəyə Türkiyənin Səhiyyə Nazirliyi tərəfindən ayrılan şəxsi təyyarə vasitəsilə çatdırılıb. Onlar Ankarada GATA xəstəxanasında yerləşdiriliblər. Bu gün isə zərərçəkən valideynlərin uşaqları Türkiyəyə yola salınacaq.
Əldə etdiyimiz özəl məlumata görə, bu prosesdə bütün xərcləri “Qaçqınkom” sədri Əli Həsənov öz üzərinə götürüb.
Cütlüyün sağlamlıq vəziyyətinə gəlincə, Sönkül Tekişin həyatı təhlükəsi aradan qalxsa da, onun şikəst qalma ehtimalı davam edir. Əri Mütallib Tekişin vəziyyəti isə kritikdir.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub