Sosial şəbəkələrdə son günlər davam edən və 40 dərəcəlik temperatur həddini aşan isti günlərdən sonra çaylarda və su anbarlarında sululuğun azaldığına dair məlumatlar yer alır.
Bəziləri həmin su mənbələrində suyun həcminin hətta 75 faizədək azaldığını qeyd edir, bəziləri isə bunu əsas götürərək Azərbaycanda, xüsusən də Bakı və Abşeron yarımadasında su qıtlığının və əhaliyə verilən suyun tamamilə kəsilməsi təhlükəsinin yarandığını bildirirlər
Mynews.az xəbər verir ki, məsələ ilə bağlı Milli.Az "Azərsu" QSC-yə sorğu ünvanlayıb. Cəmiyyətdən sorğumuza cavab olaraq bildiriblər ki, hazırda nə Azərbaycanda, nə də Bakı və Abşeron yarımadasında susuzluq təhlükəsi yoxdur:
"Qızmar istilərin olmasına baxmayaraq, biz su mənbələrindən əvvəllər nə qədər həcmdə su götürürdüksə, indi də o qədər su götürüb əhaliyə veririk. Su mənbələrinin də heç birində ciddi susuzluq problemi yaranmayıb. Ona görə də əhali buna görə narahat olmaya bilər".
1
Bakıda iş saatları dəyişə bilər: Tıxac probleminə yeni həll
435 dəfə oxunub
2
Göygöldə 2 uşaq göldə boğularaq ölüb
427 dəfə oxunub
3
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
226 dəfə oxunub
4
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
218 dəfə oxunub
5
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
214 dəfə oxunub