Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Aygün Akimova və İlham Baxışovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Mynews.az-ın APA-ya istinadən xəbərinə görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, A.Akimova 12 il, İ.Baxışov isə 3 il müddətinə azadlıqdan məhrum edilib.
Ötən iclasda çıxış edən prokuror A.Akimovanın 13 il, İ.Baxışovun isə 4 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
İttihama görə, A.Akimova özünü sahibkarlara ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) məxfi agenti, vəzifəli şəxs kimi tanıtmaqla dələduzluq edib. Həmin cinayət işində onun İ.Baxışovla əlbir olduğu bildirilir.
Onlar Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham olublar.
Xatırladaq ki, cinayət işi üzrə istintaqa şahid qismində AMAY ticarət mərkəzinin sahibi Abdulla Abdullayev də ifadə verib.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub