Bunlar uşağınızı HOMOSEKSUAL EDİR əgər belə etsəniz... - VİDEO

922
Bunlar uşağınızı HOMOSEKSUAL EDİR əgər belə etsəniz... - VİDEO

Homoseksuallar arasında sevgi münasibətləri, hətta evlilik xəbərlərini tez-tez oxuyuruq. Bu, bəzi ölkələr üçün adiləşsə də, bir çoxlarında qəbulolunmazdır. Şübhəsiz ki, bu halların adiləşməsində onun təbliğatının rolu böyükdür. Bir neçə gün öncə isə sosial mediada yayılan cizgi filmində ("İn a heartbeat") isə homoseksual məktəblinin həmyaşıdına olan sevgisi təsvir edilir. Bu, məktəblilər arasında homoseksuallığın təbliğ edildiyi ilk cizgi filmdir. Artıq bu cizgi filmlə bağlı yutubda roliklər yayımlanıb. Həmin roliklərdə bu cizgi film müxtəlif yaş qruplarında olan insanlara göstərilir. Onlar filmin şüurlatı təsirindən daha çox, emosional tərəflərinə diqqət edir. Cizgi filmdəki homoseksualların münasibətinə haqq qazandırırlar.

Cizgi film mühafizəkar dairələr tərəfindən tənqid edilib. Onlar bunun uşaqlarda həmcinslərinə qarşı meyil yarada biləcəyini deyirlər.

Mövzu ilə bağlı publika.az-a psixoloq Narınc Rüstəmova cizgi filmlərin uşağın həyatında böyük rol oynadığını deyir. Onun sözlərinə görə, bu filmlərdə ifadə olunan fikirlər, mesajlar uşağın inkişafı, psixologiyasında valideynlərin sözündən daha çox yer tuta bilir: "Ona görə də uşaqlarımızın baxdığı cizgi filmlərin süjet xəttinə önəm verməliyik. Qeyd etdiyiniz mövzulu cizgi filmlər isə 14-16 yaşdan yuxarı uşaqlar üçün nəzərdə tutula bilər. Təbii ki, internet sərhədsizdir, bu videoların daha azyaşlı uşaqların qarşısına çıxma ehtimalı yüksəkdir. Bir millətin kökünü kəsmək üçün bu cür əxlaqsızlıqların təbliği ən yaxşı üsuldur. Transgenderlər bunu demokratiya adı ilə bizə sırıyırlar. Təəssüf ki, bunlardan heç kim sığortalanmayıb. Bu məsələ əsrlərdir var, amma cəmiyyətlərdə tam adiləşə bilmir. Bir neçə ölkədə bu cür nikahlara rəsmi icazə verilir. Lakin bütün dünya bir-iki ölkə ilə fikrini dəyişə bilməz".
Psixoloqun fikrincə, bu cür cizgi filmləri uşaqlar üçün belə vəziyyəti adiləşdirir: "Bu səpgili cizgi filmləri belə halın olma ehtimalının mümkünlüyü uşaqlara göstərir. Həmin cizgi filmdə təsvir olunan hadisə belə halın yaşana biləcəyini uşağın şüuraltına yeridir. Nəticədə uşaq belə hallara adi yanaşmağa başlayır. Hətta onların gizli olan duyğularını üzə çıxarır. Çünki uşağın içində bu cür hisslər olur, lakin bunun doğru olmadığını bildiyindən heç kimlə paylaşmır. Yeniyetmə vaxtı baş qaldıran bu hisslər 17 yaşdan sonra unudulur. Lakin belə filmə, klipə baxanda tək olmadığını, onun kimi düşünən, hiss edənlərin mövcudluğu qənaətinə gəlir. Bunun normal olduğunu düşünərək, hisslərini paylaşmaq, bunu dadıb, kəşf etmək istəyir. Məsələni araşdıranda yanlış qruplara təsadüf edə bilər, başqa bir istiqamətə yönələ bilər".
Psixoloq xüsusən, yetkinlik yaşında bu məsələyə daha çox diqqət edilməli olduğunu deyir: "Bu cizgi filmlər süuraltındakı fikirləri yanlış istiqamətə yönləndirilə bilər. Xüsusən də, yetkinlik yaşında uşaqlarda ikinci cinsiyyət xüsusiyyətləri yaranır. Oğlanda qadın, qızda kişi xüsusiyyətləri formalaşamağa başlayır. Bu hormonal disbalansla bağlı olan məsələdir. Bu məsələ tibdə də, psixologiyayada da var. Ona görə bu yaş dövründə nəinki əks cins, eyni cinsdən olan uşaqların birlikdə yatması, çimməsinə qarşıyıq. Bacı-qardaşlar bir-birinin yanında geyimlərini dəyişməməlidirlər. Bu yaşda məhrəmiyyət hissi olmalıdır. Çünki bu yaş dövründə uşaqlar yanlış istiqamətlərə, fikirlərə qapıla bilərlər. Meyil pozuntusu olan insanlar adətən, bunu yeniyetməlik vaxtında kəşf etdiklərini deyirlər. Əslində yeniyetməlik dövründə bu hisslərin yaranması normaldır. Məsələn, bu yaşda bir qız çılpaq formada xalasıqızı, bacısı, əmisiqızı ilə çimərsə, bu, onu ehtiraslandıra bilər. Bu həmin qızda meyil pozuntusu, ruhi xəstəliyinin olması demək deyil. Yeniyetməlik dövründə xüsusən, bu mövzulardan, eynicinslilərin münasibətinin əks olunduğu filmlərdən qaçınılmalıdır. Çox zaman kliplərdə qadın kimi geyinən kişilər, ya da kişi kimi təsvir edilən qadınlar canlandırılır. Kliplərdəki bu kadrlar belə yeniyetməlik yaşındakı izləyiciyə əks təsir edə bilər. Uşaq adi klipə baxıb, musiqi dinlədiyi halda şüuraltına insanın belə olmasının mümkünlüyü ötürülür. Tədricən də bu uşaq beynində normalizə edilir. Bəzi hallarda bu, uşağı yanlış təcrübə yaşamasına yönləndirə bilər. Bir dəfə bu təcrübəni yaşayan travma alacaq, bu istiqamətdə fikirləri qarışacaq. Öz cinsi kimliyini formalaşdıra bilməyəcək".
Psixoloq bu məsələdə uşaqları müəyyən qədər qorumağın yollarını da göstərdi: "Biz evimizdə internet xidmətini övladımıza uyğunlaşdırmışıq. Ailə proqramları vasitəsilə uşaqları pornoqrafik, yanlış istiqamətləndirən saytlardan qoruya, bununla da uşağın internetdə nəzarətsiz qalıb, uyğunsuz saytlara girməsinin qarşısını ala bilərik. Amma təəssüf ki, bu üsulla bütün təhlükələrdən qorumaq mümkün deyil. Ona görə də uşaqlarda cinsi kimliyin ailə tərəfindən aydınlaşdırılması önəmlidir. Oğlan kişilik xüsusiyyətlərini kəşf etmək üçün atası, qız isə qadınlıq xüsusiyyətlərini anlamaq üçün anası ilə ünsiyyətdə olmalıdır. Bu gün uşağın cinsi kimliyini formalaşdırmaq günümüzdə xüsusən çətindir. Hazırda gəlinciklə oynayan oğlanların sayı az deyil. Onlar qız cizgi filmlərinə baxır, oturuşu, əl hərəkətləri qadınlar kimidir. Onları müayinə edəndə məlum olur ki, hormonlarında heç bir dəyişiklik yoxdur. Demək, bu, psixoloji məsələdir. Hormonal pozuntu olmadıqca, bu xəstəlik sayılmaz. Ona görə də atalar oğlan uşaqları ilə daha çox vaxt keçirməlidir. Uşağa cinsiyyət orqanının məhrəmiyyətini erkən yaşlardan izah etmək lazımdır ki, o məktəbdə, valideynlərinin yanında olmadığı mühitlərdə özünü qoruya bilsin. 3 yaşından sonra uşaqda cinsiyyət kəşfi başlayır, 5 yaşından sonra artıq tam uşağın cinsiyyətini dərk etməyinə kömək etməliyik. Bu yaşdan uşağın özünün yuyunması vərdişi formalaşdırılmağa başlanmalı, bu proses 7 yaşında başa çatdırılmalıdır. Çünki cəmiyyətdə cinsi azlıqlar artmaqdadır, bu anlayışları uşaqlarda formalaşdıraraq onları qoruya bilərik. Uşağın cinsi kimliyindəki problem ailə ilə birbaşa əlaqəlidir. Əlbəttə, uşaqda hormonal pozuntu yoxdursa.
Uşaqların nəzarətsiz qaldığı otağa televizor qoymaq olmaz, onların otağındakı kompüterin üzü qapıya istiqamətlənməlidir ki, valideyn qapını açanda uşağın nə izlədiyini görə bilsin. Uşaqların aşağı yaşlardan bu cür videolara baxıb, ailədən gizlətmələri yeniyetməlik dövründə təhlükə ilə qarşılaşma ehtimalını artırır".
N.Rüstəmova valideynin təsadüfən övladının belə bir cizgi filmə baxdığını gördükdə, ya da uşaq bu barədə fikirlərini valideynilə bölüşdükdə ata və ananın necə davranmasına da aydınlıq gətirib: "Çox zaman uşaqlar ailələrinin buna münasibətini bildiklərindən paylaşmaqdan çəkinirlər. Əgər valideyn hər hansı yolla bu məsələdən xəbərdar olursa, soyuqqanlılığını qorumalı, həyəcanını hiss etdirməməlidir. Özündə də belə dövrlərin olduğunu, lakin bu davranışların normal olmadığını, oğlandırsa, onun bir xanımla ailə qurmasının üstünlüyü, qızdırsa, bir kişi ilə ailənin üstünlüklərindən danışmaq lazımdır. Ən yaxşısı isə bunu öz ailəsindəki nümunə ilə övladına göstərməlidir. Doğru misallarla, uşağa əks cinslə münasibətin insana xoş gəldiyini hiss etdirilməlidir. Əlbəttə, bunlar üçün normal ailə olmalıdır. Sağlam ailə, övladın dəyərindən danışılmalıdır. Doğru olmayan cinsi münasibət fizioloji olaraq orqanizmə ziyan olduğu, psixoloji olaraq da cəmiyyətdə status qazanmağına, gələcəkdə iş həyatına, normal insan kimi şəxsiyyətinin formalaşmasına mənfi təsir edəcəyi izah edilməlidir. Əgər ailə problemi həll edə bilmirsə, psixoloqa müraciət edə bilərlər".

Xəbər lenti