Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) təşkilatçılığı ilə bu gün dövlət əmlakının özəlləşdirilməsi üzrə növbəti hərrac baş tutub.
Mynews.az-ın məlumatına görə, hərracda ümumilikdə 16 dövlət əmlakı özəlləşdirilib.
Özəlləşdirilmiş 9 kiçik dövlət müəssisəsi paytaxtın Binəqədi, Nəsimi, Suraxanı rayonlarında yerləşir. Hərrac zamanı ən yüksək qiymətə özəlləşdirilən əmlak Masallı rayonunda yerləşən quşçuluq üzrə yardımçı təsərrüfat olub.
Belə ki, adıçəkilən əmlak 150 min manata özəlləşdirilib.
Ən yüksək qiymətə özəlləşdirilmiş qeyri-yaşayış obyekti Mingəçevirdə yerləşən əmlak olub. Hərracın qalibi bu əmlak üçün 100 min manat təklif edərək əmlakı əldə edib.
Hərracda özəlləşdirilmiş 7 nəqliyyat vasitəsi müxtəlif dövlət qurumlarının balansında olan, lakin xidməti istifadədən çıxarılmış nəqliyyat vasitələridir.
Qeyd edək ki, növbəti belə bir hərrac 21 fevral tarixində keçiriləcək. Keçirilən hərracların nəticələri ilə tanış olmaq üçün (https://goo.gl/Jk8Cz7) göstərilən linkə keçid etmək kifayətdir.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub