Mətbuat.az-ın müsahibi gənc fotomodel, açıq-saçıq şəkilləri ilə diqqət çəkən Nigar Ağayarovadır.
- Nigar, səni tanıyaq...
- Nigar Ağayarova, 24 yaşım var. Artıq 6 aydır ki, fotomodelliklə məşğul oluram. Fotomodellik mənim uşaqlıq arzum idi, uşaq vaxtı deyirdim ki, böyüyəndə fotomodel işləyəcəm. Deyəsən arzuma çatmışam (Gülür).
- Fotosessiyaların çox açıq-saçıqdır, insanların qınağından qorxmursan?
- Doğrudur, insanlar normal qəbul etmir, onların öz fikirləridir. Fotoların hərəsinin öz mənası var. Bunu da çox insan başa düşmür. Qanla olan, iplə olan, əsir düşmüş və s. Fotolar qadına şiddətə qarşı çıxmağı təbliğ edir. “İnstaqram”da mənə sual verirlər ki, bu fotoda niyə özünü iplə bağlamısan? Onlar pis mənada, seks, yataq başa düşürlər. Yəni, tam şəkildə başa düşmürlər.
- İnsanların qınağı ilə tez-tez üzləşirsən?
- Kənardakılar nə düşünürlər düşünsünlər, mən işimi sevirəm.
- Soyunmaq çətindir, yoxsa geyinmək?
- Soyunmaq məni qorxutmur. Başqaları üçün çətin olsa da, mənimçün asandır.
- Yataq, sevgi təklifləri olur deməyəcəm, çox olur?
- Yataq, sevgi təklifləri olub, amma mən yox demişəm.
- Sponsorunuz varmı?
- Məşhur olmaq üçün kimsə mənə sponsorluq etsə, həmin şəxsin yataq təklifini qəbul edərəm. Məşhur olmaq üçün həyatda hər şey edərəm.
- Düşünmürsən ki, bu fotolar gəlcəkdə ailə quranda sənə problem yaradacaq?
- Hazırda həyatımda heç kim yoxdur, sevgiyə də inanmıram. Bu dövrdə sevgi deyilən şey yoxdur. Ailə qurandan sonra fotomodelliyi atacam, işləməyəcəm.
- Bir dəfə demişdiniz ki, Azərbaycanda erotik film çəkilsə, çəkilərəm...
- Erotik filmə çəkilmək təklif gəlsə, çəkilərəm. Hazırda təklif yoxdur, gəlsə, çəkilərəm. Burda nə var ki? Onsuz da fotolarda soyunuram. Adi filmlərə belə təklif gəlsə, qəbul edərəm.
- Gələcəklə bağlı planların nədir?
- Tanınmış biri olmaq istəyirəm. Hələ ki, yeniyəm, tanınmıram. Fərqi yoxdur, yataq səhnələri yaxud adi filmlər... Filmlərdə baş rolda çəkilmək istəyərdim.