Mynews.az xəbər verir ki, aktrisanın anası Mətanət Bayramovanın PrimeTime.Az-ın İstanbulda olan əməkdaşına verdiyi məlumata görə, Milanın orqanları ehtiyacı olan xəstələrə bağışlanacaq. M.Bayramova qızının sabah süni nəfəs aparatından ayrılacağını deyib: "Onun bütün orqanları sağdır. Hazırda həkimlər orqanları qorumaq üçün xüsusi preparatlardan istifadə edirlər". Əldə etdiyimiz digər məlumata görə, Milanın xəstəxana xərcləri 150 min TL-ni keçib. Belə ki, xəstəxanada qalmağın bir gecəsi 4500 TL-dir. Həmçinin, Milanın Bakıdakı qohumları da xəstəxanadadırlar. Onu da bildirək ki, anası Bakıda aktrisaya məxsus olan evi satmağı planlaşdırır. Xatırladaq ki, gənc aktrisa Mila Əminə Türkiyədə miningitdən müalicə olunduğu xəstəxanada beyin ölümü keçirib. Aktrisanın ürəyi döyündüyü üçün onu bir neçə gün süni nəfəs aparatında saxlayıblar.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub