Yeni dərs ilinin başlamasına 1 aydan az müddətin qalması ilə valideynlər övladlarına məktəbli geyimi almağa başlayıb.
Artıq valideynlər məktəb hazırlığı üçün alış-verişə başlayıb.
Maraqlıdır, məktəbli geyimlərində qiymət dəyişikliyi baş veribmi?
“Məktəbli geyim forması məktəbin özü tərəfindən müəyyənləşdirilir”.
Bunu metbuat.az-a açıqlamasında Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov deyib.
“Hər bir məktəbin Pedaqoji Şurası Nizamnaməyə uyğun olaraq, geyim formasına özü qərar verir. Qərara əsasən geyimin forması, rəngi, üzərindəki müxtəlif rəmzlər şəxsən müəyyənləşdirilir”.
“Bizə məktəblərdən heç bir sifariş gəlmir, məktəblərlə işləmirik”.
Bu sözləri isə mətbuata açıqlamasında Bakı Tikiş Evi ASC-nin satış şöbəsinin rəisi Etibar Əzimov deyib.
“Geyimin miqdarı ilə bağlı planımız olmur. Bütün mağazalarımızda istənilən ölçü və sayda məktəbli formalarımız var. Elə bir valideyn yoxdur ki, Bakı Tikiş Evində istədiyi ölçüdə geyim tapa bilməsin. Sexdə 800 nəfər qadın işçi çalışır. Lazım olduğu təqdirdə 1 günün içərisində sifarişi təhvil veririk.
Vahid məktəbli geyimlərinin qiyməti?
Ötən il vahid məktəbli geyimlərinin satışında 7 faiz bahalaşma olmuşdu. Hələlik ötənilki qiymət qalır. Manatın məzənnəsi stabil olduğundan qiymət dəyişikliyi barədə düşünmürük. Məktəbli formaları aşağı siniflər üçün 40, yuxarı siniflər üçün isə 46 manatdır”.
1
Bakıda iş saatları dəyişə bilər: Tıxac probleminə yeni həll
435 dəfə oxunub
2
Göygöldə 2 uşaq göldə boğularaq ölüb
427 dəfə oxunub
3
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
226 dəfə oxunub
4
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
218 dəfə oxunub
5
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
214 dəfə oxunub