Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası avqustun 19-dək bədən tərbiyəsi və idmanda reabilitasiya ixtisasına qəbulu davam etdirir.
Akademiyadan XəzərXəbər-ə bildirilib ki, bədən tərbiyəsi və idmanda reabilitasiya üzrə bakalavr təhsil zamanı tələbələrə fiziologiya, biokimya, psixologiya, biomexanika və kineziologiya, kinezioterapiya və s. kimi fənlər tədris ediləcək. Proqram çərçivəsində tələbələr nəzəri biliklərini möhkəmləndirməklə yanaşı, praktik tapşırıqlar da yerinə yetirəcəklər. Tələbələr müxtəlif zədə və xəstəlikləri olan insanları müayinə edib, müalicə planı hazırlayacaqlar.
Təhsilləri bitirdikdən sonra məzunlar idman federasiyaları, idman məktəbləri, reabilitasiya mərkəzləri, bədən tərbiyəsi və idman dispanserlərində fizioterapevtin köməkçisi və ya fiziki reabilitasiya üzrə təlimatçı qismində və bu kimi fəaliyyət sahələrində işləyə biləcəklər. İşəgötürənlərin tələbatına görə fəaliyyətin bu sahəsi nəinki Azərbaycanda, eləcə də beynəlxalq səviyyədə prioritetdir.
Bədən tərbiyəsi və idmanda reabilitasiya ixtisasını seçmək üçün keçid balı minimum 200 bal təşkil etməlidir. İxtisasa qəbul olmaq üçün “Abituriyentin ixtisas seçimi” elektron ərizəsini doldurub 137124 ixtisas kodunu seçmək kifayətdir.
1
Bakıda iş saatları dəyişə bilər: Tıxac probleminə yeni həll
435 dəfə oxunub
2
Göygöldə 2 uşaq göldə boğularaq ölüb
427 dəfə oxunub
3
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
226 dəfə oxunub
4
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
218 dəfə oxunub
5
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
214 dəfə oxunub