Bir ay kursa gedib nəzəriyəni öyrənirsən. Sonra isə sürücülük vəsiqəsini almaq üçün imtahan verirsən. İndi belə elanlara hər yerdə rast gəlmək olur.
Mynews.az bildirir ki, son vaxtlar Bakıda sürücülük kurslarının sayı artıb təlabat artıb. Belə kurslar müştəri cəlb etmək üçün müxtəlif üsullardan istifadə edirlər. Bəzisi imtahan nəticəsinin yaxşı olacağına 100 faiz təminat verir. Hətta bəziləri iddia edir ki, imtahanda düşəcək suallar məhz onların kursda öyrətdikləri suallardır.
Belə kursların qiymətləri də müxtəlifdir. Məsələn təlimçi Elza Nəsirova deyir ki, onların kursunda qiymətlər bir ay üçün 100 manat arasında dəyişir. Dərslər kursa gələnlərin vaxtından aslı olaraq gündəlik keçirilir.
Elza Nəsirova insanların 100 faizlik nəticə qazanmağının hər bir kəsin özündən aslı olduğunu bildirir. İmtahana düşən sualların kursda işlənən test üsulları ilə üst-üstə düşməsi məsələsinə gəlincə isə təlimçi bildirir ki, suallar fərqli qoyula bilər ,ancaq nəzəriyyəni bilən şəxs bunun öhdənsindən rahatlıqla gələ bilir.
Belə kurslarda sürmə təlimləri də keçirilir. Bunun qiyməti isə 10-15 manat arasında dəyişir. /xezerxeber.az
1
Bakıda iş saatları dəyişə bilər: Tıxac probleminə yeni həll
435 dəfə oxunub
2
Göygöldə 2 uşaq göldə boğularaq ölüb
427 dəfə oxunub
3
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
226 dəfə oxunub
4
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
218 dəfə oxunub
5
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
214 dəfə oxunub