Moskvada "Jar-ptitsa" Kukla Teatrında teatr rejissoru, Azərbaycanın Əməkdar artisti Mərdan Feyzullayevlə vida mərasimi keçirilib.
Mynews.az Report-a istinadən xəbər verir ki, mərasimdə mərhumun işlədiyi teatrın truppası, Moskvanın yaradıcı ziyalıları, Azərbaycanın Rusiyadakı səfirliyinin və Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər.
Çıxış edənlər M.Feyzullayevin teatr sənətinin, Rusiya və Azərbaycan arasında humanitar və mədəni əlaqələrin inkişafına verdiyi töhfələrdən söz açıblar.
Rejissor bu gün Şəki rayonundakı doğma Kiş kəndində dəfn ediləcək. 2010-cu ilin noyabr ayında Azərbaycanın Əməkdar artisti olan M.Feyzullayev Rusiyada ən yüksək mükafata - II dərəcəli "Vətənə xidmətə görə" ordeninə layiq görülüb.
Qeyd edək ki, teatr rejissoru Moskva Kukla Teatrında 20 ildən çox fəaliyyət göstərib.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub